Azərbaycanla Ermənistan Qarabağ münaqişəsinə görə 30 ilə yaxındır dövlət sərhədlərinin yekun demarkasiyasını aparmayıb. Ermənistanla sərhəddəki Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları isə erməni qüvvələrinin işğalı altında olduğundan bu rayonlarla Ermənistan arasında sərhəd olmayıb. Ermənistanın bu rayonlarla sərhəd bölgələrinin sakinləri Azərbaycanın varlığını yalnız noyabrında hımin bölgələrin azad olunmasından sonra görüblər. İndi Ermənistanın bu rayonlarla həmsədrhəd bölgələrinin əhalisi dövlət sərhədinin müəyyən olunması zamanı Azərbaycan əsgərləri ilə mübahisələrə girişirlər. Hələlik Bakıdan bu istiqamətdə rəsmi açıqlama verilməyib. Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, dövlət sərhədi SSRİ dönəmində bu iki respublika arasında sərhədlərə əsasən müəyyən edilir. AzadlıqRadiosunun erməni xidmətinin Laçınla sərhəddə - Ermənistanın Sünik Bölgəsinin Aravus kəndidə erməni sakinlərin dövlət sərhədi ərazisində Azərbaycan hərbçiləri ilə mübahisəsinə dair reportajı təqdim edirik.
Arxiv
-
Yanvar 20, 2025
'İşğalçıdırlar' - Rusiyanı dost ölkə saymaq olarmı?
-
Yanvar 20, 2025
Mirzə Xəzər 20 Yanvara qayıdır
-
Yanvar 20, 2025
Mirzə Xəzər 20 Yanvara qayıdır [2-ci hissə]
-
Yanvar 19, 2025
Uşaqpulundan devalvasiyaya qədər - 19 illik Samir Şərifov dönəmi
-
Yanvar 16, 2025
Təzəklə isinən Cek kəndi: Bura heç vaxt qaz çəkilməyib